"Qalatasaray"ın rusiyalı futbolçusu Aleksey Batrakovun İngiltərənin "Liverpul" klubunun maraq dairəsində olması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirilib.
Demokrat.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçinin meneceri Vladimir Kuzmiçev futbolçunun gələcəyi və mümkün transferi ilə bağlı danışıb. O, digər klublarla hər hansı danışıqların aparılmadığını bildirib.
Menecerin sözlərinə görə, Batrakov artıq "Qalatasaray"a uyğunlaşıb və komandanın əsas oyunçularından birinə çevrilib. Kuzmiçev gənc futbolçunun gələcəkdə kollektivin liderlərindən biri olacağına ümid etdiyini də vurğulayıb.
O, "Liverpul"un futbolçunu izləmək üçün "Ştutqart"ın oyununa nümayəndə göndərəcəyi barədə xəbərləri də təkzib edib: "Bu, sadəcə şayiədir. İndiyədək bu iddiaların heç bir əsası yoxdur".
Qeyd edək ki, Aleksey Batrakov cari mövsüm "Qalatasaray"ın heyətində 11 oyunda meydana çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Jalə


