Türkiyənin Dənizli vilayətinin Kale rayonunda həyat yoldaşı ilə problem yaşayan keçmiş futbolçu Berkay Ç. tikilməkdə olan binanın damına çıxaraq intihara cəhd edib.
Demokrat.az xəbər verir ki, hadisə yerinə gələn Kale Bələdiyyəsinin sədri Erkan Hayla gənci son anda qolundan tutaraq təhlükədən uzaqlaşdırıb.
Dənizlinin Kale rayonunun Cevherpaşa məhəlləsində tikilməkdə olan 4 mərtəbəli binada hadisə baş verib.
Əldə edilən məlumata görə, uzun illər “Kalespor”un formasını geyinmiş keçmiş futbolçu Berkay Ç. bir müddət işsiz qaldıqdan sonra Bələdiyyə sədri Erkan Haylanın təşəbbüsü ilə bələdiyyədə işlə təmin olunub.
Daimi işlə təmin olunan Berkay Ç. hələlik müəyyənləşdirilməyən səbəbdən həyat yoldaşı ilə mübahisə edib. Ailədaxili ciddi fikir ayrılığı səbəbindən ayrılmaq istəyən həyat yoldaşını fikrindən daşındıra bilməyən Berkay Ç. tikilməkdə olan 4 mərtəbəli binanın damına çıxıb.
Xəbərdarlıqdan sonra əraziyə gələn danışıqlar üzrə ixtisaslaşmış polis əməkdaşları damdan sallanaraq təhlükəli hərəkətlər edən gənci fikrindən daşındırmağa çalışıblar.
Lakin razı salınmayan Berkay Ç. daha sonra hadisə yerinə gətirilən həyat yoldaşını, qayınanasını və yaxınlarını da dinləməyib. Damda razı salma cəhdləri davam edərkən yanğınsöndürənlər də yerə hava yastığı açıblar.
Hadisədən xəbər tutan kimi əraziyə gələn Kale Bələdiyyəsinin sədri Erkan Hayla damına çıxaraq bələdiyyə əməkdaşı olan Berkay Ç. ilə danışmaq istəyib.
Polis əməkdaşları və dostları ilə danışan Berkay Ç.-nin bir anlıq diqqətinin yayınmasından istifadə edən sədr Hayla onun qolundan tutaraq gənci təhlükəli vəziyyətdən xilas edib.
Damda təxminən bir saat qalan gənc tibbi müayinədən keçirilməsi üçün təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Jalə
Demokrat.az