Oktyabrda neçə gün istirahət edəcəyik? — İş qrafiki bəlli oldu

SOSİAL 18 sentyabr 2026, 11:48
Payızın ikinci ayında işləyənləri neçə istirahət gününün gözlədiyi məlum olub.

Demokrat.az
xəbər verir ki, 2026-cı ilin istehsalat təqviminə əsasən, oktyabr ayında rəsmi bayramlarla əlaqədar əlavə istirahət günü nəzərdə tutulmayıb.

Belə ki, 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü dövlət bayramı olsa da, qanunvericiliyə əsasən bu tarix qeyri-iş günü sayılmır. Buna görə də həmin gün iş qrafiki adi qaydada davam edəcək.

Oktyabr ayında istirahət günlərinin sayı iş həftəsinin formasından asılı olacaq.

Beşgünlük iş həftəsi ilə çalışanlar ay ərzində 9 gün istirahət edəcəklər. İstirahət günləri oktyabrın 3, 4, 10, 11, 17, 18, 24, 25 və 31-nə təsadüf edir. Bu iş rejimində ay ərzində 22 iş günü olacaq.

Altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə ay ərzində 4 istirahət günü nəzərdə tutulub. Bunlar oktyabrın 4, 11, 18 və 25-i tarixləridir.

Beləliklə, oktyabr ayında əlavə bayram tətili olmasa da, beşgünlük iş rejimində çalışanlar həftəsonları hesabına 9 gün istirahət edə biləcəklər.

Qeyd edək ki, noyabr ayında Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar əlavə qeyri-iş günlərinin olması gözlənilir.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

18 sentyabr 2026, 11:17
Top