Zaur Mikayılov onlara yüksək vəzifə verdi

SİYASƏT 18 sentyabr 2026, 12:13
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurası yaradılıb və üzvləri təyin edilib.

Bununla bağlı Agentliyin sədri Zaur Mikayılov əmr imzalayıb.

Əmrə əsasən, Xəyyam Fəxrəddin oğlu Məmmədov Müşahidə Şurasının sədri təyin edilib. O, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin birinci müavinidir.

Müşahidə Şurasının digər üzvləri isə aşağıdakılardır:

İlqar Tapdıq oğlu Gülməmmədov – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri;

Etibar Kərim oğlu Məmmədov – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri;

Pərvin Ehtiram oğlu İsmayılov – Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin direktor müavini;

Elnur Rafael oğlu Allahverdiyev – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət müəssisələri ilə iş şöbəsinin müdiri./Unikal

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top