“Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatı ilə bağlı və bu təşkilat çərçivəsində Azərbaycanın oynadığı güclü rol barədə dedikləri olduqca böyük əhəmiyyət daşıyır. İlk növbədə, Azərbaycan Prezidentinin açıqlaması ölkənin Türk dünyasına və eyni zamanda qlobal məkana yönəlmiş xarici siyasət xəttini böyük ölçüdə göstərir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib.

Onun sözlərinə görə, rəsmi Bakının konkret hədəfləri mesaj olaraq həm Türk dünyasına, həm İslam dünyasına, həm də qlobal məkana, yəni bütün dünyaya çatdırılmış olur:
“Bu baxımdan Azərbaycan Prezidentinin açıqlamaları və mesajları böyük ölçüdə Cənubi Qafqazın, eləcə də Türk dünyasının gələcək taleyində böyük rol oynaya biləcək hədəflərin göstərilməsi anlamını daşıyır. Çünki Azərbaycan ümumi götürdükdə hazırda Türk dünyasında, konkret olaraq isə Türk Dövlətləri Təşkilatında Türkiyə ilə yanaşı avanqard dövlət kimi fəaliyyət göstərir. Faktiki olaraq, Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində həlledici rol oynayır. Bu istiqamətlər əsasən hərbi-siyasi əməkdaşlıq, eyni zamanda iqtisadi sahədə daha sıx inteqrasiya kimi məsələləri ön plana çıxarır. Paralel olaraq, Azərbaycan Türk Dövlətləri Təşkilatı, yəni bütövlükdə Türk dünyası üçün strateji dövlətdir. Çünki Azərbaycan Türk dünyasını birləşdirəcək coğrafi məkanda yerləşir və Zəngəzur dəhlizinin açılmasından sonra bu birləşmə daha sıx xarakter daşıyacaq”.
Politoloq qeyd edib ki, ən əsası isə Azərbaycan öz enerji və logistika infrastrukturu sayəsində Türk dövlətləri arasında enerji sahəsində inteqrasiyanın genişlənməsində də həlledici rol oynamaq imkanına malikdir:
“Xüsusilə Orta Asiyanın türk dövlətlərinin enerji resurslarının dünya bazarlarına çıxarılmasında Azərbaycanın enerji və logistika infrastrukturunun əvəzolunmaz rolu mövcuddur. Yəni bu baxımdan Azərbaycan Türk Dövlətləri Təşkilatı üçün əvəzolunmaz, avanqard bir dövlətdir və qarşısına qoyduğu vəzifələrə inadkarlıqla, qətiyyətlə və prinsipial şəkildə irəliləməyi bacaran bir dövlətdir. Belə ümid etmək olar ki, Azərbaycan gələcəkdə də bu hədəflərə doğru daha prinsipial şəkildə irəliləməkdə davam edəcək”.
Fidan Hacızadə