Adil Kərimli: Üzeyir Hacıbəyovun musiqi irsi Azərbaycanın milli sərvətidir

MƏDƏNİYYƏT 18 sentyabr 2026, 10:44
Üzeyir Hacıbəyovun musiqi irsi Azərbaycanın milli sərvətidir.

Bunu mədəniyyət naziri Adil Kərimli Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı və Milli Musiqi Günü münasibətilə görkəmli Azərbaycan musiqiçisi Üzeyir Hacıbəyovun Fəxri xiyabandakı məzarını ziyarət edərkən deyib.

A.Kərimli dahi bəstəkarın musiqi irsini yaşatmağın zəruriliyini bildirib:

"Biz bu irslə qürur duyuruq. Üzeyir Hacıbəyov dünya musiqi xəzinəsində böyük bir incidir. Bizim öhdəliyimiz bu isri, bu incini gələcək nəsillərə ötürmək və yaşatmaqdır".

Nazir daha sonra sözügedən festivalın zəngin proqramına toxunaraq tədbirdəTürk dünyası musiqiçilərinin iştirakını mədəni birlik nümunəsi kimi dəyərləndirib:

"Mədəniyyət xalqları birləşdirən ən böyük dəyərdir. Sevincidirici haldır ki, belə bir gündə Türk dünyasının mədəni irsi bir aradadır". (report)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

18 sentyabr 2026, 11:17
Top