Türkiyənin tanınmış aktyoru Kadir İnanırın vəsiyyətnaməsi ilə bağlı başlayan miras mübahisəsi davam edir. İnanırın əmlakının böyük hissəsini 27 illik həyat yoldaşı Jülide Kurala vəsiyyət etdiyi barədə iddialardan sonra tərəflərdən açıqlamalar gəlib.
Demokrat.az xəbər verir ki, Jülide Kural məsələyə münasibət bildirərək Kadir İnanırın öz iradəsi ilə vəsiyyətnamə hazırladığını və buna hörmət edilməli olduğunu deyib.
“Kadir çox səxavətli, ürəyi zəngin bir insan idi. Ömrü boyu ailəsinə çox böyük dəstək olub. Hər kəs öz qərarını özü verir. Özü bir vəsiyyətnamə hazırlayıb. Buna hörmət etmək lazımdır”, – deyə Kural bildirib.
O, hazırda yaşadığı ağrı səbəbindən mübahisəyə geniş münasibət bildirmək istəmədiyini də vurğulayıb:
“Mən öz dərdimi yaşayıram. Kim nə danışırsa danışsın, mən nə şərh verəcəyəm, nə də danışacağam.”
Kural məsələnin hüquqi müstəvidə həll olunacağına diqqət çəkərək tərəfləri təmkinli olmağa çağırıb:
“Onsuz da hüquq öz sözünü deyəcək. Gəlin heç vaxt Kadirə yaraşan dili itirməyək.”
Vəsiyyətnamənin açılması təxirə salındı
Kadir İnanırın 2015 və 2022-ci illərdə hazırladığı bildirilən üç vəsiyyətnamənin Beykoz Ədliyyə Sarayında açılması gözlənilirdi. Lakin bəzi vərəsələrə lazımi bildirişlərin çatdırılmaması səbəbindən məhkəmə prosesi 17 dekabr 2026-cı il tarixinə təxirə salınıb.
Vəsiyyətnamələrin dəqiq məzmunu hələ açıqlanmayıb. Buna görə də İnanırın əmlakının kimlər arasında və hansı qaydada bölüşdürüləcəyi ilə bağlı yayılan məlumatlar hələlik iddia xarakteri daşıyır.
Kadir İnanırın qardaşı oğlu Levent İnanır isə vəsiyyətnamələrin hazırlandığı dövrdə dayısının sağlamlıq vəziyyətinə diqqət çəkib.
Leyla
Demokrat.az