Türkiyəli müğənni Seda Sayan oğlu Oğulcan Engin ilə aktrisa İlayda Alişanın münasibətləri barədə danışıb.
Demokrat.az xəbər verir ki, sənətçi İstanbulda Harbiye Cemil Topuzlu Açıqhava Teatrında konsert proqramı ilə çıxış edib. “Bacılar Buluşması” adlı konsertdə minlərlə pərəstişkarının qarşısına çıxan Seda Sayan gecə boyu sevilən mahnılarını səsləndirib.
Konsertdən sonra jurnalistlərin suallarını cavablandıran müğənni oğlu Oğulcan Enginlə İlayda Alişanın evlənib-evlənməyəcəyi ilə bağlı suala da münasibət bildirib.
Seda Sayan oğlunun və İlaydanın ailə qurmasını istədiyini açıq şəkildə söyləyib: “Vallah, mən istəyirəm. Hər ikisinə də deyirəm, ayıb olur artıq. İlaydaya da deyirəm, Oğulcana da. Evlənsinlər. Evlilik gözəldir”.
Müğənni fikrini zarafatla əsaslandıraraq İlayda Alişanın TRT-də rol aldığı serialın adına da istinad edib: “İlayda Alişan TRT-də hansı serialda oynayır? "Evlilik Gözəldir". Biz də deyirik ki, evlilik gözəldir, evlənsinlər”.
Seda Sayan çıxışı zamanı özünün fərqli xüsusiyyətlərindən də danışıb. O, bəzən “ər”, bəzən “qadın”, bəzən bacı, bəzən isə abla kimliyində olduğunu deyərək özünü “matruşka kimi bir çox kimliyi daxilində daşıyan” biri kimi təsvir edib.
Müğənni arıqlaması ilə bağlı tamaşaçıların da diqqətini çəkib. Bir pərəstişkarının “Çox arıqsan” sözlərinə Sayan zarafatla “Bacından nə gözləyirsən? Bacınız aclıqdan ölür” cavabını verib.
Jalə
Demokrat.az