Şəmkirdə 13 il əvvəl törədilmiş qətllə bağlı şübhəli bilinən şəxs saxlanılıb

KRİMİNAL 17 sentyabr 2026, 15:27
Şəmkir rayonunda 2013-cü ildə törədilmiş qətl hadisəsi ilə bağlı şübhəli bilinən şəxs saxlanılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıb.

Bildirilib ki, həmin il avqustun 5-də 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış, istintaq tədbirləri nəticəsində qətli tamah məqsədilə törətməkdə şübhəli bilinən, 1989-cu il təvəllüdlü Xəyal Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinin ibtidai istintaqı davam etdirilir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

17 sentyabr 2026, 16:16
Top