“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı Metropolitenində xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün alternativ marşrutlar təklif edib.
Demokrat.az xəbər verir ki, bu barədə ADY və Bakı Metropoliteninin birgə məlumatında bildirilib.
Sərnişinlər “Dərnəgül” dəmiryol dayanacağından istifadə etməklə “28 May” istiqamətinə qatarla 11 dəqiqə ərzində birbaşa gedə bilərlər.
Bundan başqa, Xırdalan və Biləcəridən qatarla “Dərnəgül” dayanacağına gələn sərnişinlər buradan “Dərnəgül” metro stansiyasına keçid edə bilərlər. Daha sonra Yaşıl xətt üzrə, o cümlədən “20 Yanvar”, “İnşaatçılar” və sərnişin axınının yüksək olduğu “Elmlər Akademiyası” stansiyalarına səfərlərini davam etdirmək mümkündür.
ADY qeyd edib ki, qatarların hərəkət cədvəli qurumun rəsmi internet saytı və “ADY Mobile” tətbiqində təqdim olunur.