Bakının Sabunçu rayonunda 34 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Saatlı rayon sakini, 1992-ci il təvəllüdlü Qəhrəman birgə yaşadıqları evdə qeyri-rəsmi münasibətdə olduğu Zəhra (adlar şərtidir – red.) ilə mübahisə edib.
Aralarında ailə-məişət münaqişəsi zəminində yaranmış mübahisə zamanı qəsdən əli ilə arvadının baş nahiyəsinə bir neçə dəfə vuraraq, ona xəsarətlər yetirib.
Qəhrəmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Qəhrəman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, təxminən 14 ilə yaxın müddətdir Zəhra ilə rəsmi nikah olmadan ər-arvad münasibətində yaşayır və həmin münasibətdən iki övladı var:
“Mən münasibətdə olduğumuz müddət ərzində aramızda tez-tez əsassız səbəblərdən münaqişələr yarandı. Nəticədə isə hal-hazırda qarşı tərəflə münasibətlərim soyuqdur”.
Təqsirləndirilən şəxs deyib ki, məlum hadisə günü, günorta saatlarında yaşadığı evə gəlməmişdən əvvəl yoldaşının istifadəsində olan mobil telefona dəfələrlə zəng edib, lakin zənglərinə cavab verilməyib:
“Təxminən saat 14:00 radələrində evə gəldikdən sonra yoldaşıma zənglərimə niyə cavab vermədiyinə görə irad bildirdim. Arvadım isə telefonunun bir qədər kənarda olduğuna görə zəngləri eşitmədiyini qeyd etdi. Lakin Zəhranın dediklərinə inanmadığımdan aramızda ailə-məişət münasibətləri zəminində münaqişə yarandı. Münaqişə zamanı evin qonaq otağında olarkən sağ əlim ilə bir neçə dəfə Zəhranın baş nahiyəsinə zərbələr endirərək ona xəsarət yetirdim”.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Qəhrəman aylıq qazancından 15 faiz dövlət nəfinə pul tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilib.
Fariz Məlikli