Astroloqlar yaxın dövrdə bəzi bürclərin həyatında mühüm dəyişikliklərin baş verəcəyini iddia edirlər. Bildirilir ki, son illərdə çətinliklər və müxtəlif sınaqlardan keçən dörd bürc üçün daha sakit və yeni mərhələ başlayır.
Demokrat.az “YourTango”ya istinadən xəbər verir ki, astroloji proqnozda dəyişikliklərin daha çox Əkizlər, Qız, Oxatan və Balıqlar bürclərinə təsir edəcəyi qeyd olunur.
Astroloq Eleonoranın sözlərinə görə, 2023-cü ilin martından 2026-cı ilin fevralına qədər Saturnun Balıqlar bürcündə olması bir çox insan üçün məsuliyyət, gecikmələr və çətinliklərlə yadda qalıb. Daha sonra Qız-Balıqlar oxundakı tutulmalar da həyatdakı dəyişiklikləri sürətləndirib. Hazırda isə ən gərgin mərhələnin geridə qaldığı bildirilir.
Əkizlər
Son illərdə Əkizlər bir-birinin ardınca müxtəlif problemlərlə üzləşərək daim yeni vəziyyətlərə uyğunlaşmalı olublar. Astroloqun fikrincə, qarşıdakı dövrdə bu gərginlik azalacaq. Bürcün nümayəndələri yenidən yeni imkanlara açıq olacaq, fərqli yerlər görmək və yeni fəaliyyətlərə başlamaq istəyəcəklər.
Qız
Qızlar uzun müddət həm öz problemlərini, həm də başqalarının çətinliklərini həll etməyə çalışıblar. Onların daim dəyişən vəziyyətlərə uyğunlaşması və pozulan planların yerinə yenilərini qurması yorucu olub. Proqnoza əsasən, bu mərhələ artıq başa çatır və Qızlar öz ehtiyaclarına daha çox diqqət ayıra biləcəklər.
Oxatan
Son illərdə Oxatanların ənənəvi nikbinliyi ciddi sınaqlardan keçib. Astroloq hesab edir ki, qarşıdakı dövrdə onların həyatına yenidən sakitlik, ilham və ümid daxil olacaq. Bu isə onları yeni imkanlara və müsbət dəyişikliklərə daha açıq edə bilər.
Balıqlar
Balıqlar üçün son illər xüsusilə dəyişikliklərlə yadda qalıb. Saturnun uzun müddət bu bürcdə olması onları məsuliyyət götürməyə, şəxsi sərhədlər müəyyənləşdirməyə və bəzi həyat mərhələlərini tamamlamağa məcbur edib. Eyni zamanda münasibətlərdə də dəyişikliklərin baş verdiyi, bəzi insanların onların həyatından uzaqlaşdığı bildirilir.
Astroloqun proqnozuna görə, qarşıdakı mərhələdə Balıqlar keçmişi geridə qoyaraq yeni həyat mərhələsinə keçə bilərlər. Onların özlərində baş verən dəyişiklikləri qəbul etməsi və qazandıqları təcrübədən istifadə etməsi əsas mövzulardan biri olacaq.
Jalə
Demokrat.az

