Türkiyədə 2028-ci il seçkilərinin tarixi açıqlandı: Ərdoğan son dəfə namizəd olacaq

DÜNYA 17 sentyabr 2026, 16:37
Türkiyə Prezident Administrasiyasının Hüquq Siyasətləri Şurasının sədri Mehmet Uçum 2028-ci ildə keçirilməsi gözlənilən prezident seçkilərinin mümkün tarixini açıqlayıb.

Demokrat.az
xəbər verir ki, Uçum Türkiyə Mətbuat Federasiyasında çıxışı zamanı seçkilərin 16 aprel 2028-ci ildə keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

O, bu tarixin təsadüfi seçilmədiyini qeyd edib. Uçumun sözlərinə görə, 16 aprel Türkiyənin prezident üsul-idarəsinə keçidi ilə bağlı referendumun keçirildiyi tarix olduğundan simvolik məna daşıyır.

Uçum həmçinin hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın 2028-ci il seçkilərində son dəfə namizəd olacağını deyib.

Hüquq Şurasının sədri çıxışında “Terrorsuz Türkiyə” prosesi barədə də məlumat verib. Onun sözlərinə görə, proses çərçivəsində dörd alt komissiya yaradılıb. Uçum Silahsızlaşdırma və Strateji Koordinasiya Alt Komissiyasında Abdullah Öcalanın da müəyyən rola malik olacağını açıqlayıb.

O bildirib ki, Öcalanın İmralıdakı yaşayış sahəsinin genişləndirilməsi onun prosesdəki rolunu daha yaxşı yerinə yetirməsi üçün yaradılan imkan kimi qiymətləndirilməlidir. Uçum bununla bağlı “azadlığa buraxılıb” nəticəsinin çıxarılmasının düzgün olmadığını vurğulayıb.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

17 sentyabr 2026, 16:16
Top