Səhər yeməyində yumurtaya cəmi bir məhsul əlavə etməklə onun qida dəyərini artırmaq mümkündür. Dietoloqlar bunun üçün avokadonu tövsiyə edirlər.
Demokrat.az xəbər verir ki, yumurta zülal, vitamin və minerallarla zəngin olsa da, onun tərkibində lif demək olar ki, yoxdur. Halbuki lif həzm sisteminin normal fəaliyyətində və qanda şəkərin səviyyəsinin tənzimlənməsində mühüm rol oynayır.
Bir ədəd yumurtada təxminən 6 qram zülal var. Avokado isə lif baxımından daha zəngin məhsullardan biridir. Bir ədəd avokadoda təxminən 10 qram lif ola bilər. Bundan əlavə, bu meyvənin tərkibində folat, kalium, C və E vitaminləri də mövcuddur.
Avokadonu yumurtaya əlavə etməyin bir neçə yolu var. Ən sadə üsul hazır omlet və ya çalınmış yumurtanın üzərinə doğranmış avokado dilimləri qoymaqdır.
Digər üsul isə avokadonu kiçik hissələrə bölərək bişmə prosesinin sonuna yaxın yumurtaya əlavə etməkdir. Bu zaman yeməyin konsistensiyası daha yumşaq və kremli olur.
Avokadonu əzib qızardılmış çörəyin üzərinə çəkmək və üzərinə yumurta qoymaq da mümkündür. Dadını artırmaq üçün az miqdarda duz, istiot və laym şirəsi əlavə edilə bilər.
Dietoloqlar səhər yeməyində lif miqdarını artırmaq istəyənlərə tam taxıllı və ya toxumlu çörək seçməyi də məsləhət görürlər. Yumurtaya yaxşı uyğunlaşan ispanaq isə əlavə lif mənbəyi kimi istifadə oluna bilər.
Beləliklə, yumurta ilə avokadonun birlikdə istifadəsi zülalla yanaşı, səhər yeməyinə lif və müxtəlif vitamin-minerallar əlavə etməyin sadə yollarından biri hesab olunur.
Jalə
Demokrat.az