YapiKredi Müraciət Forması
Mazda CX-5
Dünya

Paşinyanın yaxın adamı Monte Melkonyanı terrorçu adlandırdı

Paşinyanın yaxın adamı Monte Melkonyanı terrorçu adlandırdı

Ermənistanın siyasi və media dairələrində ASALA terror təşkilatının keçmiş liderlərindən biri, Birinci Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı vuruşmuş və Ağdam rayonunun Mərzili kəndində məhv edilmiş qatil Monte Melkonyanın şəxsiyyəti ətrafında kəskin mübahisələr başlayıb.

Demokrat.az xəbər verir ki, Paşinyan hakimiyyətinə yaxın hesab edilən fəallardan biri olan Ara Nersisyan sosial şəbəkə hesabında Melkonyanın qəhrəman deyil, terrorçu olduğunu bildirib.

Bu paylaşım Ermənistanın radikal müxalifət və revanşist dairələrində ciddi narazılığa səbəb olub.

Həmin dairələr Baş nazir aparatının keçmiş rəhbəri Arayik Arutyunyanı və onun sabiq müavini Taron Çaxoyanı ölkədəki media və sosial şəbəkə seqmenti vasitəsilə bu cür tezisləri məqsədli şəkildə tirajlamaqda ittiham ediblər.

B
Qeyd edilməyib