Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sosial şəbəkələrdə arıqlama vasitəsi kimi satılan məhsullarla bağlı növbəti monitorinqlər keçirib. Araşdırmalar zamanı “slimming.body.azerbaijan”, “korol_baku” instaqram və “fit_yasam_soutfit” tik-tok hesablarında təklif edilən çay, kofe və bioloji aktiv qida əlavələrinin tərkibində təhlükəli maddə aşkarlanıb. Laborator müayinələr hər üç hesab vasitəsilə satılan vasitələrdə istifadəsi qadağan olunan sibutraminin olduğunu üzə çıxarıb.
Demokrat.az-a bu barədə danışan qida eksperti Ağa Salamov bildirib ki, sibutramin maddəsi iştahanın azalmasına təsir edən sintetik maddədir:
“Bu maddə insanlarda müəyyən vitamin və qida çatışmazlığına gətirib çıxara bilər. Təsəvvür edin ki, sibutramin iştahanızı kəsir və heç nə yemək istəmirsiniz. Halbuki insanın orqanizminə zülal, karbohidrat və digər faydalı qidalar lazımdır. Balıq, ət, toyuq, süd məhsulları, bitki mənşəli zülallar, eyni zamanda meyvə və tərəvəzlər qəbul edilməlidir. Amma sizin iştahanız kəsilir və nəticədə orqanizm bütün bunlardan məhrum olur. Bu zaman bədəndə ciddi problemlər yarana bilər. Bunu bədənə qarşı atılan bir addım kimi qiymətləndirsək, yanılmarıq. Ona görə də bəzən görürsünüz ki, belə məhsulların tələsinə daha həssas insanlar düşür. İnsanlar araşdırmadan, məhsulun tərkibini bilmədən, sadəcə arıqlamaq istədikləri üçün bu çayları və digər məhsulları alıb istifadə edirlər. Reklamlar da elə təqdim olunur ki, insanların şüuraltına təsir edir”.
Ağa Salamov qeyd edib ki, əsas problem ondan ibarətdir ki, belə maddələrin istehlakçının xəbəri olmadan arıqlamaq məqsədilə satılan çaylara, kofelərə və ümumiyyətlə digər məhsulların tərkibinə əlavə edilməsi ciddi qida təhlükəsizliyi və sağlamlıq riski yaradır:
“Xüsusilə də bu, ürək-damar sistemi baxımından arzuolunmaz təsirlərə səbəb ola bilər. Məsələn, ürək-damar problemi olan bir insan arıqlamaq məqsədilə belə bir çay alıb istifadə edir və tərkibində sibutramin maddəsinin olduğunu bilmir. Bu maddə həmin şəxsə çox mənfi təsir göstərə bilər. Allah göstərməsin, bəzi hallarda bu cür təsirlər ağır nəticələrə, hətta ölümə səbəb ola bilər”.
Ekspert söyləyib ki, arıqlamaq istəyən insanlar bunu sağlam şəkildə etməlidirlər:
“Bunun üçün təhsilli, universitet bitirmiş həkim-dietoloqlara müraciət etmək lazımdır. İndi 3-6 aylıq kurs keçib özlərinə həkim deyən insanlar var. Onlara müraciət etmək olmaz. Həqiqi diplomu, ən azı bakalavr təhsili olan həkim-dietoloqlara müraciət etmələri tövsiyə olunur. Çünki insan həyatı və orqanizmlə zarafat etmək olmaz. Bu, ağır nəticələrə səbəb ola bilər. Alternativ olaraq dağ otlarından hazırlanan çaylardan istifadə etmək mümkündür. Məsələn, kəklikotu, çobanyastığı, yarpız və digər faydalı bitkilərdən hazırlanan çayları qeyd etmək olar. Azərbaycanda çoxlu faydalı bitkilər yetişir. Kəklikotunun da müxtəlif növləri var. Sadə kəklikotu, limon kəklikotu, nanəli kəklikotu və digər bitkilərdən istifadə etmək mümkündür. Eyni zamanda nanəli çay da orqanizm üçün faydalıdır.
İnsanlar Azərbaycanda yetişən faydalı bitkilərdən hazırlanan çaylardan istifadə edə bilərlər. Amma süni tərkibli, arıqlamaq məqsədilə satılan çayları alıb istifadə etməsinlər. Eyni zamanda, bu cür məhsulları satan şəbəkələr də aşkarlanmalı və fəaliyyətlərinin qarşısı alınmalıdır”.
Fidan Hacızadə