Bakının Xətai rayonunda 36 yaşlı kişi həmcinsinə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Orxan yaşadığı binanın 3-cü girişində liftin qarşısında tanışı Emindən borc pul istəməsi, sonuncunun ona vermiş olduğu borcu qaytarmayaraq yenidən borc istəməsi zəminində aralarında yaranmış mübahisə zamanı onun sifət və baş nahiyəsindən yumruqla vurub.
Orxanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Orxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Emini təxminən 10 ilə yaxın müddətdir tanıyıb və aralarında yaxın dost münasibətləri olub: “2026-cı ilin fevral ayının əvvəlində Emindən 30 manat pul borc aldım. Lakin maddi vəziyyətim yaxşı olmadığına görə borcumu qaytara bilmədim”.
Təqsirləndirilən şəxs deyib ki, məlum hadisə günü 20 manat pula ehtiyacı olub və Emindən həmin məbləğdə borc pul almaq üçün yaşadığı ünvana getmək qərarına gəlib:
“Həmin gün Eminin yaşadığı binanın 3-cü blokuna daxil oldum. Həmin vaxt birinci mərtəbədə liftin qapıları açıldıqda Eminin liftdən çıxdığını gördüm. Emin ilə görüşərək hal-əhval tutandan sonra 20 manata ehtiyacım olduğunu bildirdim və ondan 20 manat borc pul istədim, qısa müddətdə 50 manat qaytarmaqla hər iki borcumu ödəyəcəyimi bildirdim. Bu zaman Emin irad tutaraq 30 manat pulu iki-üç günlük borca götürdüyünü və hələ də qaytarmadığını bildirərək mənə borc pul verməkdən imtina etdi. Bundan başqa, Emin borc verdiyi 30 manat pulu iki gün müddətində qaytarmağımı tələb etdi. Həmin vaxt aramızda sözlə mübahisə yarandı. Əsəbiləşdiyimə görə yumruqla Eminin sol üz nahiyəsinə və sol gicgah nahiyəsinə vuraraq onu döydüm. Sonra blokdan çıxaraq oradan uzaqlaşdım. Emin ilə mübahisə edən zaman və yumruqla vuran vaxtı yanımızda kimsə olmayıb, bu hadisəni heç kim görməyib. Emin ilə aramızda baş vermiş mübahisə təxminən 1-2 dəqiqə davam etdi”.
Xətai Rayon Məhkəməsinin hökmü ilə Orxan 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsi, həmçinin bu müddətdə Bakı şəhəri ərazisini tərk etməsi qadağan olunub.
Bundan əlavə, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq tapşırılıb.
Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.
Həmçinin ona narkomaniyadan məcburi müalicə təyin edilib və ərazi narkoloji dispanserdə qeydiyyata alınması qərara alınıb.
Fariz Məlikli