YapiKredi Müraciət Forması
Sosial

Vəli Məmmədov AYNA ilə yollarını ayırdı, yüksək vəzifəyə getdi

Vəli Məmmədov AYNA ilə yollarını ayırdı, yüksək vəzifəyə getdi

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Kommunikasiya departamentnin müdiri Vəli Məmmədov işdən çıxıb.

Demokrat.az xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, o, başqa işə keçməsi ilə əlaqədar öz istəyi ilə vəzifəsindən ayrılıb.

V.Məmmədov "PAŞA Sığorta" ASC-nin Baş İcraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, V.Məmmədov 2024-cü ildən AYNA-da Kommunikasiya departamentinin müdiri vəzifəsində çalışırdı.

O, 2011-2018-ci illərdə "Azercell Telekom"da Korporativ kommunikasiya üzrə baş mütəxəssis və digər vəzifələrdə, 2018-2024-cü illərdə isə "PAŞA Həyat Sığorta"da Korporativ kommunikasiya şöbəsinin müdiri, İnzibati bölmənin müdiri vəzifələrində fəaliyyət göstərib.