“Azərbaycan Türk dünyasının siyasi və strateji birliyinin güclənməsinə mühüm töhfə verir. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı ilə bağlı çıxışı Azərbaycanın Türk dünyasında artan siyasi və strateji rolunu aydın şəkildə ifadə edir. Dövlətimizin başçısının səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan TDT daxilində yalnız fəal üzv deyil, eyni zamanda yeni təşəbbüslər irəli sürən, müxtəlif istiqamətlər üzrə əməkdaşlığı əlaqələndirən və üzv dövlətləri bir araya gətirən etibarlı tərəfdaşdır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, bir neçə gün ərzində Türk dövlətlərinin dini liderlərinin, ardınca isə təhlükəsizlik şuraları katiblərinin Bakıda toplaşması təsadüfi hadisə deyil:
“Bu, Azərbaycanın TDT çərçivəsində münasibətlərin yalnız siyasi və iqtisadi deyil, təhlükəsizlik, mənəvi dəyərlər və ideoloji həmrəylik istiqamətlərində də inkişafına xüsusi əhəmiyyət verməsinin göstəricisidir.
Bu gün Türk dünyasının qarşısında duran əsas vəzifə mövcud tarixi və mədəni yaxınlığı konkret siyasi, iqtisadi və təhlükəsizlik imkanlarına çevirməkdir. Enerji və nəqliyyat dəhlizlərinin genişləndirilməsi, ticarət əlaqələrinin dərinləşdirilməsi, Orta Dəhlizin potensialından daha səmərəli istifadə olunması Türk dövlətlərinin qlobal iqtisadi sistemdə mövqeyini daha da gücləndirə bilər.
Azərbaycanın həyata keçirdiyi layihələr bu ümumi coğrafiyanın strateji bağlantısının əsas dayaqlarından biridir.
Eyni zamanda, müasir dünyada təhlükəsizlik yalnız sərhədlərin qorunması ilə məhdudlaşmır. Radikalizm, dini dəyərlərin siyasi məqsədlərlə istismarı, informasiya manipulyasiyaları, kiberhücumlar və xarici ideoloji təsirlər Türk dövlətlərinin birgə mübarizə aparmalı olduğu əsas çağırışlardır. Bakıda keçirilən görüşlər bu sahədə koordinasiyanın institusional xarakter aldığını göstərir.
Prezident İlham Əliyevin mövqeyi Azərbaycanın strateji baxışını ortaya qoyur: Türk Dövlətləri Təşkilatı yalnız ortaq keçmiş üzərində qurulan birlik deyil, ortaq gələcəyi formalaşdıran güclü beynəlxalq mərkəzə çevrilməlidir.
Azərbaycan bu prosesdə həm siyasi platforma kimi, həm təşəbbüskar dövlət kimi, həm də üzərinə götürdüyü öhdəlikləri yerinə yetirən etibarlı tərəfdaş kimi çıxış edir.
TDT-nin beynəlxalq nüfuzunun yüksəlməsi bütün üzv dövlətlərin milli maraqlarına xidmət edir. Türk dünyası vahid mövqe, güclü iqtisadi əlaqələr və qarşılıqlı təhlükəsizlik mexanizmləri əsasında hərəkət etdikcə qlobal proseslərə təsir imkanlarını da əhəmiyyətli dərəcədə artıracaq. Azərbaycan Prezidentinin irəli sürdüyü təşəbbüslər məhz bu strateji məqsədə Türk dünyasının daha güclü, müstəqil və təsirli siyasi-iqtisadi mərkəzə çevrilməsinə xidmət edir”.
Nuray Paşşanlı