2027-ci ildə Dövlət Vergi Xidmətinin dövlət büdcəsinə 18 milyard 430 milyon manat vəsait köçürməsi gözlənilir. Bu, 2026-cı illə müqayisədə 9 faiz çoxdur.
Bəs bu artım hansı amillər hesabına təmin olunacaq? Vergi daxilolmalarının artımında əsas yük biznesin genişlənməsinin, yoxsa mövcud vergi ödəyicilərindən daha çox vəsait toplanmasının üzərinə düşəcək?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı Günay Hüseynova bildirib ki, 2026-cı ildə vergi daxilolmalarının artması, 2027-ci ildə bu sahədən daxilolmaların artması, eyni zamanda 7 illik güzəşt müddətinin bitməsi ilə əlaqədardır.
Onun sözlərinə görə, vergi sisteminin təkmilləşdirilməsi və bu sahədə şəffaflığın artırılması, qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin sayının artması növbəti il üçün artımla bağlı proqnoz verməyə əsas verir:
“Vergi daxilolmalarının artımında əsas mənbələrə gəldikdə, həmin mənbələrdən biri də sahibkarların məsuliyyətinin artması və daxilolmaların 13 faiz artması ilə əlaqədardır.
İlk baxışdan vergi ödəyicilərinin yükünün artması və ya sahibkarın “gözünün qorxması” kimi anlaşılsa da, əslində belə deyil.
Bu onu deməyə əsas verir ki, artıq sahibkarın özü könüllü şəkildə vergisini ödəyir. Əvvəlki illərdə vergi yayınması saysız-hesabsız idi, heç işçinin belə rəsmi qeydiyyatı aparılmırdı. Günümüzdə də, təbii ki, bu kimi neqativ hallar mövcuddur. Lakin monitorinqlərin sayının artması, artıq insan müdaxiləsindən daha çox hər şeyin sistemləşdirilməsi şəffaflıq mühitinə təsir göstərir”, - deyə iqtisadçı fikrini tamamlayıb.
Nuray Paşşanlı