Azərbaycanda kənd təsərrüfatı sahəsində məhsul şəhadətnaməsi tətbiq ediləcək.
Bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni hazırlanan “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, məhsul şəhadətnaməsi - məhsulun istehsalı və ya ilkin emalı məqsədilə borclu tərəfindən elektron qaydada buraxılan, öhdəliyin icrasını təmin edən elə bir təminatlı qiymətli kağızdır ki, borclu həmin qiymətli kağızda göstərilmiş qaydada məhsulu və ya pul məbləğini mübahisəsiz qiymətli kağızın mülkiyyətçisinə təhvil-təslim aktı əsasında vermək və ya çatdırmaq öhdəliyini götürəcək.
Mülkiyyətində, istifadəsində və ya icarəsində kənd təsərrüfatı təyinatlı torpaqlar olan şəxslər əkinçilik sahəsində məhsul şəhadətnaməsi buraxa bilərlər.
Əgər kənd təsərrüfatı təyinatlı torpaqlar iki və daha çox şəxsin ümumi mülkiyyətində, istifadəsində və ya icarəsindədirsə, onlar məhsul şəhadətnaməsini birgə buraxır və məhsul şəhadətnaməsi ilə bağlı öhdəliklərin icrası üçün birgə məsuliyyət daşıyacaqlar.
Kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi dəyişdikdə məhsul şəhadətnaməsi üzrə hüquq və vəzifələr yeni mülkiyyətçi, istifadəçi və ya icarəçiyə keçir. Torpaq sahəsinin belə yüklülüyü barədə borclu yeni mülkiyyətçi, istifadəçi və ya icarəçiyə məlumat verməyə borcludur.
Borclu məhsul şəhadətnaməsinin mülkiyyətçisinə torpağın mülkiyyətçisi, istifadəçisi və ya icarəçisinin dəyişməsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə 10 (on) gün müddətində məlumat verməlidir.
Heyvandarlıq sahəsində məhsul şəhadətnaməsini mülkiyyətində və ya istifadəsində kənd təsərrüfatı heyvanları olan şəxslər buraxa bilərlər.
Qeyd edək ki, bu qanun dərc edildiyi gündən 3 ay sonra qüvvəyə minəcək. (unikal)
Demokrat.az