Yaxın Şərqdə tədarükün pozulması fonunda ABŞ xam neftinin Asiyaya daşınma xərci rekord həddə yüksəlib. Buna baxmayaraq, ABŞ neftinin bəzi alternativləri ilə müqayisədə daha ucuz olması onu Asiya alıcıları üçün sərfəli saxlayır.
ABŞ neftinin Asiya bazarında rəqabət üstünlüyünün yaranması qlobal neft ticarətinin istiqamətlərini dəyişə və Yaxın Şərq neftinə tələbi azalda bilərmi?
Enerji məsələləri üzrə ekspert İlham Şaban Demokrat.az-a açıqlamasında bildirib ki, Körfəz ölkələri dünya bazarına gündəlik olaraq təxminən 20 milyon barrel neft və neft məhsulu ixrac edirlər.
Onun sözlərinə görə, bunun təxminən 15 milyon barreli xam neftin, 5 milyon barreli isə neft məhsullarının, yəni yanacağın payına düşür:
“Bu, kifayət qədər böyük həcmdir, söhbət illik hesablamalarda milyardlarla barrel neft və neft məhsulundan gedir. Bu həcm dünya bazarında neftə olan tələbatın təxminən beşdə birinə bərabərdir.
Ona görə də belə böyük bir həcmin qısa müddətdə başqa mənbələr hesabına əvəzlənməsi kifayət qədər çətin məsələdir.
Məsələyə başqa tərəfdən yanaşaq. Amerika Birləşmiş Ştatları dünyada ən böyük neft hasilatçılarından biridir. Lakin ABŞ-ın özü də Körfəz ölkələrinin dünya bazarına çıxardığı bu həcmdə nefti qısa müddətdə tam şəkildə əvəz etmək imkanında deyil.
Eyni vəziyyət digər böyük hasilatçı ölkələr və hətta OPEC üçün də müəyyən dərəcədə keçərlidir. Çünki burada söhbət təkcə hasilatın artırılmasından getmir. Bunun üçün əlavə hasilat güclərinin artırılması, nəql imkanlarının genişləndirilməsi və bazarın yeni təchizat marşrutlarına uyğunlaşdırılması lazımdır.
İkinci mühüm məsələ isə dünya üzrə neft ehtiyatlarının qeyri-bərabər paylanmasıdır. Yaxın Şərq dünya neft ehtiyatlarının böyük hissəsinin cəmləşdiyi regionlardan biridir. Bu baxımdan regionun qlobal enerji bazarındakı rolu olduqca böyükdür.
Ona görə də Yaxın Şərqdə, xüsusilə də Körfəz ölkələrində neft hasilatına və ixracına ciddi təsir göstərə biləcək hər hansı hadisə baş verdikdə, bunun nəticələri yalnız həmin ölkələrlə məhdudlaşmır.
Bu, qlobal neft bazarında təklifin azalmasına, qiymətlərin yüksəlməsinə və nəticə etibarilə enerji daşıyıcılarından asılı olan ölkələrdə inflyasiya təzyiqlərinin artmasına səbəb ola bilər.
Yəni əsas məsələ ondan ibarətdir ki, dünya neft bazarında Körfəz ölkələrinin bazardakı rolunu başqa mənbə ilə qısa müddətdə tam əvəz etmək olduqca çətindir. Buna görə də regionda baş verən proseslər qlobal enerji bazarı üçün xüsusi əhəmiyyət daşıyır”.
Nuray Paşşanlı