YapiKredi Müraciət Forması
İdman

İngiltərədə 26 yaşlı futbolçu qəfil vəfat etdi

İngiltərədə 26 yaşlı futbolçu qəfil vəfat etdi

İngiltərənin "Hendon" klubunun 26 yaşlı yarımmüdafiəçisi Ezekiel (Eze) Uilyams qəfil dünyasını dəyişib.

Demokrat.az xəbər verir ki, klub futbolçunun vəfatı ilə bağlı rəsmi açıqlama yayıb.

Sentyabr ayından komandada çıxış edən Uilyams ölümündən cəmi 10 gün əvvəl "Hendon"un heyətində ilk qolunu vurub. Klubun açıqlamasında onun mehriban, təvazökar və qayğıkeş insan olduğu, qısa müddətdə kollektivin sevimlisinə çevrildiyi bildirilib.

Futbolçunun vəfatı ilə əlaqədar yaxın günlərdə keçirilməsi planlaşdırılan oyun təxirə salınıb.

Qeyd edək ki, Uilyamsın ölüm səbəbi hələlik açıqlanmayıb.