Azərbaycanlıların türkdilli olduqlarını qəbul edə bilməyən fars-rus istismarçılarının "Azərbaycanlılar türk deyil, sonradan moğollar tərəfindən türkləşdiriliblər" kimi sərsəm və cəfəng fikrinin yer aldığı ilk yazılı ədəbiyyat "Azəri və ya Azərbaycanın əski dili - آذری یا زبان استان آذربایجان" kitabıdır. Hamıya məlumdur ki, bu kitabı masonların sifarişi ilə yazan Əhməd Kəsrəvi daha sonra öz iddiasını Suriyanın "Əl-İrfan" jurnalında ərəb dilində yazdığı məqaləsi ilə geri götürdü. Məqaləni oxuyanda özünüz də görəcəksiniz ki, "azərbaycanlılar türk deyil, sonradan türkləşdiriliblər" fikri nə qədər absurd iddiadır.
Bunun üçün də, gəlin həmin məqalənin orjinalını heç bir müdaxilə və dəyşklik etmədən {} işarəsinin içində Azərbaycan dilinə tərcüməsini birgə oxuyaq. Sonda bu məqaləyə bir neçə mülahizələrimi də əlavə etmişəm ki, umuram bu məsələ Azərbaycan Respublikasının elmi- ictimai və media məkanında hər kəs üçün yararlı olar.
Əhməd Kəsrəvi. İranda türk dili (اللغة التركیة فی إیران)
Bu məqalə eyni adla — "İranda türk dili" (Əl-Lüğətüt-türkiyyə fi iran «اللغة التركیة فی إیران») — Əhməd Kəsrəvinin qələmindən Suriyanın "Əl-İrfan" jurnalının 8-ci cildi, 2-ci nömrəsində, 1922-ci ilin noyabrında ərəb dilində çap edilmişdir. Bu məqalə daha sonra amerikalı müasir riyaziyyatçı və kəsrəvişünas professor İvan Zeqal tərəfindən ingilis dilinə tərcümə olunmuşdur. Məqalənin farsca tərcüməsi isə professor Məhəmmədəli Şəhabi Şücəiyə aiddir. Bu məqaləni ana dilimizə tədqiqatçı-jurnalist Həbib Yakamoz çevirib.
{Ümumiyyətlə belə güman edilir ki, farsların torpağında (İranda) fars dilindən başqa hər hansı bir dildə danışılmır və az adam bütün İranda türk dilinin yayılmasından agahdır. Bəlkə də türk dili fars dilindən daha çox yayılmışdır və əgər əksər iranlılardan ölkələrində türk dilində danışılıb-danışılmadığı soruşularsa, şübhəsiz ki, Azərbaycan və Xəmsə (Zəncan) əyalətlərində [danışıldığını] cavab verəcək və onların əksəriyyəti bunu bu əyalətlərin Qafqaz və Osmanlı torpağı (Türkiyə) ilə qonşuluğu ilə əlaqələndirirlər.
Mən indiyə qədər nə iranlıların, nə də İran və onun sosial məsələləri haqqında danışan xaricilərin arasında bu mövzu haqqında düzgün məlumata malik olan bir kimsəni görməmişəm... Xüsusilə türk dili və türk dilli xalqlar haqqında araşdırma aparmış xarici kitablarda, şərqşünaslar öz tədqiqatlarını Osmanlı torpağı, Türküstan xalqı və tanınmış rus müsəlmanları, yəni tatarlarla məhdudlaşdırmış və İrandakı türkdillilərdən çox nadir hallarda bəhs etmişlər. İrandan və orada işlədilən dillərdən bəhs edənlər isə yalnız fars dilini və bu əyalətlərdə yayılan giləki, mazandaranlı, lori və s. kimi ləhcələri müzakirə etmişlər. Ancaq türk dilinə gəldikdə, onlar bunu qeyd etməkdən qafil olmuş, çox nadir hallarda ondan bəhs etmişlər və ondan söz açdıqda da bu dilin Azərbaycanda yayıldığını demişlər. Ehtimal ki, onların məlumatları adətən əyalətlərdə və böyük şəhərlərdə gəzişən səyyahların, səfirlik əməkdaşlarının və ya missionerlərin vasitəsilə əldə olunub və onlar kəndlərə və ya köçəri elatlara səyahət edib onların dili, adət-ənənələri haqqında araşdırma aparmağa özlərinə nadir hallarda əziyyət verirlər... İran məsələlərinin şərhçiləri İranda yayılan türk dili kimi digər dillərə diqqət yetirməkdən qafil olmuşlar.
Fars dili ilə müqayisədə türk dili, zinətləri və işvələri habelə bəzəyi ilə ağılını ovsunlayan, üstəlik heç bir hicab olmayan birqadının yanında sakitcə oturmuş gözəl bir qıza bənzəyir ki hər bir görən insanın ürəyini ələ alır və onu özünə vurğun (valeh) edir. Burada biz türk dilini tərəzidə bir gözə, fars dilini və onun mazandaranlı, giləki, lori, kürd, simnanlı və s. bütün ləhcələrini isə tərəzinin o biri gözünə qoyuruq və əgər məqsədimiz ənənəvi fars dilidirsə və onu türk dili ilə müqayisə ediriksə, türk dili ona üstünlük təşkil edir. Heç kim bunu inkar edə bilməz.
Lakin biz bu yolda irəliləmək və heç vaxt açılmamış qbir apını açmaq istəyirik. Biz iddia etmirik ki, bu məqalə tam yetərlidir(mükəmməl) və ya dəqiq bir araşdırma və səydir, əksinə, biz öz müzakirəmizi İranda apardığımız səfərlərlə məhdudlaşdırırıq...
İranda türklər, yoxsa farslar çoxluq təşkil edir?
Türklər bəzilərinin düşündüyü kimi İranın təkcə bir əyalətində yaşamırlar, onlar demək olar ki, İranın bütün əyalətlərinə səpələnmişlər. Qısa olsun deyə, biz türkdillilərə "türk" deyəcəyik. Türklər və farslar bir-birindən ayrı iki kütlə deyil, əksinə, şahmat taxtasında olduğu kimi, oyun zamanı hər bir oyunçu digər tərəfə soxulur və qara daşlar ağ daşlarla qaynayıb-qarışır. Adətən fars dilində danışılan yerlər arasında Tehran, Şiraz, Qəzvin və Həmədan kimi əksər şəhərlər türkdilli kəndlər və ya elatlarla əhatə olunmuşdur və həm də sonuncu iki şəhərin əhalisi həm türk, həm də fars dillərini başa düşürlər.
Bu gün türk və ya farsların çoxluq təşkil etdiyini başa düşmək çətindir. Bu, fars və türk kimliyini aydınlaşdıran siyahıyaalınmadan sonra məlum olacaq, lakin İran hökuməti farsları türklərdən ayırd etmək üçün vətəndaşları və ya əyalət əhalisi üçün belə bir siyahıyaalınma aparmamışdır; müəllifin rəyi budur ki, çoxluq türklərdəndir və bu, havadan götürülmüş ehtimal deyil, əksinə, aşağıda təqdim etdiyimiz bəlgə bizim apardığımız tədqiqatların nəticəsidir və biz onun rəqəmlərini təqdim edəcəyik.
a) Azərbaycan İranın dörd böyük və çox mühüm əyalətindən biridir. (İnzibati baxımdan İran dörd vilayətə — Azərbaycan, Xorasan, Fars və Kirmana, eləcə də Mazandaran, Gilan, Kürdüstan və s. kimi ondan çox əyalətə bölünmüşdür). Azərbaycan bir milyon yarım əhaliyə malikdir, Xəmsə bölgəsi isə əhalisini köçərilər və yerli sakinlər təşkil edir ki, şəhər və kəndlərində xalq türk dilində danışır və müəllimlər tərəfindən öyrədilməsə, fars dilini başa düşmürlər. Əlbəttə ki, Azərbaycan əhalisi ilə yanaşı kürdcə danışan kürd mokri azlığı da yaşayır.
b) Xorasan və Farsdakı, həmçinin Həmədan, Qəzvin, İraq-i Əcəm (indiki Ərak) və İstərabad (indiki Qurqan) bölgələrindəki kənd və elatların əksəriyyəti türkdür və Tehranın küçələrində və məhəllələrində addımlayan səyyahlar Tehran küçələrində türkcə danışan kəndliləri görməkdən təəccüblənəcəklər. Bunların bir qismi son illərdə Azərbaycan və Xəmsədən (Zəncandan) Tehrana köçmüş və bu şəhərdə məskunlaşmış, artıq öz kimliklərini unutmuş və özlərini şəhərli hesab edirlər.
İranın digər hissələrində çoxunluq türklərdə deyil, lakin bu hissələrdə də türk dilində danışan elat və kəndlilər mövcuddur. İstisna təşkil edən yerlər təkcə Kirman bölgəsi (müəllif hazırda sayı təxminən bir milyona çatan Bıçaqçı türklərini nəzərdə tutur - red.), eləcə də Gilan, Mazandaran, Kürdüstan, Luristan və s. yerlərin hissələridir; elə ki, son illərdə ora köçənlər və özlərini bu bölgələrin yerlisi hesab etməyənlər istisna olmaqla, buradakı yerlərdə türk yoxdur. "Başsız süngü (nizə) yoxdur" deyən rus atalar sözü doğrudur; həqiqətən də Mazandaranda iki türk eli var ki, Mazandaranın mərkəzi şəhəri olan Sarı şəhərində qəbilələri ilə birlikdə yaşayırlar. Onlar iyirmi qəbilədən olaraq bütün İrandan bura köçmüş və Mazandaranda məskunlaşmışlar və artıq türkcə danışmırlar.
Biz qərara almışıq — dediyimiz kimi — ərəb rəqəmləri ilə ifadə oluna bilməyən və ehtimalla xəyalın qəti şəkildə inandırıcı olmadığı heç bir şey söyləməyəcəyik.
Onlar türkdürlər, yoxsa türkləşiblər?
Azərbaycan, Xəmsə və digər türkdilli əhalinin əsli Türküstandan köçmüş türkəsillidirmi, yoxsa onlar fars idilər və Çingiz Xanın qələbəsindən sonra əsas dilləri olan fars dilini unutmamaq və torpaqlarını qoruyub saxlamaq üçün məcburiyyət qarşısında qalıb türk dilini seçmişdilər? Qısası, İranın hər yerinə səpələnmiş İrandakı türkdillilər əsas dillərindən vaz keçməyə və türk dilini öyrənməyə məcbur edilmiş farsdilli insanlar deyildilər. İrandakı türkdillilər qədim zamanlarda Türküstandan sığınacaq və otlaq tapmaq üçün köç etmiş, İranın fatehləri olmuş, onun hər yerinə səpələnmiş və geniş torpaqların olduğu hər yerdə məskunlaşmış, zaman keçdikcə yerli əhali ilə qaynayıb-qarışmış və onlarla evlənmiş, onların adətlərini, geyimlərini və dinlərini qəbul etmiş türklərin övladlarıdır. İstərabadda məskunlaşmış və türkmən adlandırılan türk tayfaları hələ də öz sünni məzhəblərinə, geyim tərzlərinə və adət-ənənələrinə sadiqdirlər və türk dilini qoruyub saxlasalar da, bəzi hallar istisna olmaqla, hələ də farslarla qaynayıb-qarışmamışlar, indi isə onların övladları elə həmin dildə, yəni türkcə danışırlar. Yerli xalqın arasında əriyib getmiş və öz dillərini unutmuş türklər də olmuşdur.
Yuxarıda qaldırılan məsələlərə əlavə olaraq, bizim iddiamızın sübutu tarix kitablarından əldə edilir. Belə bir qədim inanc mövcuddur ki, türk fatehləri öz hərbi qüvvələrinin çox hissəsini İran əhalisi arasında yerləşdirdilər və onlarla qaynayıb-qarışdılar, onlarla evləndilər və iranlıları türkcə danışmağa məcbur etdilər, onlar da türklərdən qorxduqları üçün türkcə danışdılar və öz dillərini unutdular... Lakin bu iddia üçün kifayət qədər məlumat yoxdur, çünki bu iddia izah etmir ki, bu qədər türkdilli insan özünü əhatə etmiş çoxlu sayda farsdilli insanın arasında necə qoruyub saxladı.}
Yuxarıda da gördüyünüz kimi mərhum Əhməd Kəsrəvinin özünün də yazdığından aydın olur ki,
Əsasən əgər Azərbaycanlıların dili əski pəhləvi dilinin bir qolu kimi "Azəri"dən moğullar vasitəsi ilə türk dilinə dəyişilibsə, nədən bütün indiki İran yaylasından əlavə, ta Bağdada qədər coğrafiyanı fath edən moğullar bu ərazilərin yalnız Azərbaycan hüdudlarında yaşayan xalqın dilini dəyişdilər?
2. Niyə onlar öz dillərini yox, hardasa özlərinin də bilmədiyi Türk dilinin Azərbaycan şivəsini əhaliyə öyrətdilər və çox maraqlıdır, görəsən hansı metodlarla? Olmaya moğul ordusu qılınc-qalxan əvəzinə dəftər qələmlə hücuma keçmişdi və qələbədən sonra milləti yığıb onlara illərlə dərs keçmişdi?
3. Bu cəfəng iddia ona bənzəyir ki, məsələn, ərəblər İranı fəth edəndən sonra, tutaq ki, yalnız İsfahan əhalisinin dilini dəyişib rus dili ilə əvəz ediblər! Təsəvvür edirsinizmi?!
Müəllif: Həbib Sasanian (Yakamoz)