Bakı Limanında yükaşırma göstəriciləri artıb — FOTOLAR

İNFRASTRUKTUR 17 sentyabr 2026, 18:27
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Dəmir Yollarının (ADY) Bakı Limanında 5,5 milyon tondan çox yük aşırılıb.

Demokrat.az xəbər verir ki, bu barədə ADY-nin məlumatında qeyd olunub.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 3 faiz çoxdur.

"Analoji dövrdə 85 min TEU-dan çox konteyner aşırılıb ki, bu da ötən ilin 8 ayının göstəricisini (69 855 TEU) 22 faiz üstələyib.

2026-cı ilin avqust ayında isə bu göstərici 12,9 min TEU (ötən ilin avqustu ilə müqayisədə 39 faiz çox) təşkil edib", - məlumatda bildirilib.


Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top