Süni intellekt alətlərinin geniş yayılması onların insan beyninə və öyrənmə prosesinə təsiri ilə bağlı sualları artırır. ABŞ-da aparılan yeni araşdırmada ChatGPT-dən istifadə edən insanların beyin fəaliyyətində digər qruplarla müqayisədə fərqli nəticələr qeydə alınıb.
Demokrat.az xəbər verir ki, araşdırmada MIT, Massachusetts İncəsənət və Dizayn Kolleci və Wellesley Kollecinin alimləri iştirak edib. Tədqiqata 18-39 yaş arasında olan 54 nəfər cəlb edilib və iştirakçıların beyin fəaliyyəti EEG cihazları vasitəsilə izlənilib.
İştirakçılar üç qrupa bölünüb. Birinci qrup məqalə hazırlayarkən yalnız ChatGPT-dən, ikinci qrup ənənəvi axtarış sistemlərindən istifadə edib. Üçüncü qrup isə heç bir xarici mənbəyə müraciət etmədən mətnləri yalnız öz bilikləri əsasında yazıb.
İlk üç mərhələdən sonra iştirakçıların tapşırıqları dəyişdirilib. Əvvəlcə ChatGPT-dən yararlanan qrupdan bu dəfə yalnız yaddaşlarına güvənərək yazı hazırlamaq tələb olunub. Xarici mənbədən istifadə etməyən qrup isə əksinə, növbəti mərhələdə ChatGPT-dən istifadə edib.
EEG ölçmələri zamanı ən aşağı səviyyədə beyin əlaqələndirməsinin yalnız ChatGPT-dən istifadə edən iştirakçılar arasında müşahidə edildiyi bildirilib.
Araşdırmanın sonrakı mərhələlərində həmin qrupdakı iştirakçıların bir hissəsinin mətn hazırlayarkən hazır cavabları birbaşa köçürməyə üstünlük verdiyi və yazdıqları ifadələri sonradan xatırlamaqda çətinlik çəkdiyi qeyd olunub.
ChatGPT-dən istifadə etdikdən sonra öz yaddaşına keçən iştirakçıların nəticələri də digər qruplarla müqayisədə daha aşağı olub. Tədqiqatçılar bunun süni intellektə davamlı müraciətin insanın göstərdiyi zehni səyi azalda biləcəyi ehtimalını gündəmə gətirdiyini bildirirlər.
Müxtəlif araşdırmalar süni intellekt alətlərinin digər sahələrdə də gözlənilməz nəticələr yarada biləcəyini göstərir. Bununla yanaşı, texnologiyanın bütün təsirlərini mənfi qiymətləndirmək də düzgün deyil.
Xüsusilə ana dilində keyfiyyətli resurslara çıxışın məhdud olduğu ölkələrdə süni intellekt mürəkkəb məlumatların daha asan başa düşülməsinə kömək edə bilər. Mövzuların sadələşdirilməsi və öyrənilən materialın təkrar izahı da bu alətlərin üstünlükləri sırasında göstərilir.
Digər tərəfdən, bəzi tədqiqatlarda süni intellektdən istifadə edən insanların öz bacarıqlarını olduğundan yüksək qiymətləndirə bildiyi, bəzi peşəkar və yaradıcı tapşırıqlarda isə bu sistemlərin insan ekspertizasını tam əvəz etmədiyi qeyd olunur.
Araşdırmanın ortaya qoyduğu əsas məsələ süni intellektin istifadəsinin özündən daha çox onun hansı məqsədlə tətbiq edilməsidir. ChatGPT və oxşar sistemlərin insanın düşünmə prosesini tamamilə əvəz etməsi ilə həmin prosesi dəstəkləyən vasitə kimi istifadə olunması arasında əhəmiyyətli fərq ola bilər.
Jalə
Demokrat.az