İçib evdə dava saldı, atasına xəsarət yetirdi

KRİMİNAL 17 sentyabr 2026, 17:30
Sabirabad rayonunda 41 yaşlı kişi atasına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. 1985-ci il təvəllüdlü İsmayıl yaşadığı evdə atası Əli (adlar şərtidir – red.) ilə mübahisə edib.

İstintaq sənədlərinə görə, həmin vaxt ata evə sərxoş vəziyyətdə gələn oğluna irad bildirib. Atasının haqlı iradlarından hiddətlənən oğul aralarında yaranmış mübahisə zamanı əli ilə atasını vitrin şkafının üzərinə itələyib.

Bu zaman Əli şkafa dəyməsi nəticəsində sol kürəkaltı nahiyəsindən xəsarət alıb. Atanın şikayəti əsasında 41 yaşlı oğlunun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Sabirabad Rayon Məhkəməsində aparılan araşdırma zamanı bəlli olub ki, təqsirləndirilən şəxs atası ilə barışıb. Ata oğlunu bağışlayıb, ona qarşı şikayətini geri götürüb. O, oğluna qarşı şikayət və tələbinin olmadığını açıqlayıb.

Məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və onun barəsində olan cinayət təqibinə xitam verilib.

Fariz Məlikli

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top