İstanbul Bakırköy Respublika Baş Prokurorluğu tərəfindən məşhurlara qarşı aparılan narkotik araşdırması çərçivəsində daha iki məşhur saxlanılıb.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Buildirilir ki, aktrisalar Afra Saraçoğlu və Melisa Şenolsun da saxlanılıb.
****
09:11
Türkiyədə tanınmış aktyor, müğənni və idmançıların da saxlanıldığı genişmiqyaslı əməliyyat keçirilib.
Demokrat.az xəbər verir ki, Bakırköy Respublika Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində 18 nəfərin saxlanılması barədə qərar qəbul edilib.
Araşdırma narkotik vasitələrdən qanunsuz istifadə və bu vasitələrin istifadəsinə şərait yaradılması ilə bağlı aparılır. Prokurorluğun məlumatına görə, bəzi şəxslərin narkotik vasitələrdən istifadə etməsi, onların istifadəsinə şərait yaratması və ya bu məqsədlə yer verməsi ilə bağlı şübhələr müəyyən edilib.
Qərara əsasən, saxlanılan şəxslərin yaşadığı ünvanlarda axtarış aparılıb. Həmçinin onların narkotik vasitələrdən istifadə edib-etmədiklərinin müəyyənləşdirilməsi üçün bioloji nümunələri götürülüb və analizə göndərilib.
İlkin araşdırmalar başa çatdıqdan sonra saxlanılan şəxslərin məhkəmə qarşısına çıxarılmaq üçün Bakırköy Ədliyyəsinə aparılacağı bildirilib.
Əməliyyat zamanı saxlanılanlar arasında Türkiyənin tanınmış simaları da var.
Onların arasında aktyor Aras Bulut İynemli, reper Sefo, aktrisa Melis Sezen, aktrisa Nilperi Şahinkaya, keçmiş futbolçu və məşqçi Hasan Şaş, aktrisa Melis İşiten, aktrisa Hazal Filiz Küçükköse, aktrisa və model Yeliz Yeşilçimen və müğənni Anıl Durmuş yer alır.
Hazırda istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, saxlanılan şəxslər barəsində irəli sürülən şübhələr hələ məhkəmə tərəfindən təsdiqlənməyib. Onların təqsiri yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilə bilər.
Jalə
Demokrat.az