Bu 3 bürc üçün yeni dövr başlayır: Həyatlarında ciddi dəyişikliklər olacaq

MARAQLI 18 sentyabr 2026, 13:06
Sentyabrın 18-dən etibarən üç bürcün nümayəndəsi həyatlarında yeni mərhələyə qədəm qoyduqlarını hiss edə bilərlər. Astroloji şərhlərə görə, bu dövrdə onlar daxili məhdudiyyətlərdən və tərəddüdlərdən uzaqlaşaraq öz imkanlarından daha cəsarətlə istifadə etməyə başlayacaqlar.

Demokrat.az
"YourTango"ya istinadən xəbər verir ki, astroloji proqnozda bu dəyişikliklərin Buğa, Oxatan və Dolça bürcləri üçün daha əhəmiyyətli olacağı bildirilir. Buna səbəb kimi Xironun Buğa bürcündəki keçidini tamamlayaraq Qoç bürcünə daxil olması göstərilir.

Buğa

Buğalar üçün qeyri-müəyyənlik dövrünün geridə qalacağı iddia edilir. Onlar qarşıdakı istiqaməti daha aydın görə və hansı qərarların vacib olduğunu müəyyənləşdirə bilərlər.

Əvvəllər onları tərəddüdə salan məsələlərə münasibət dəyişə bilər. Öz güclərinə inamın artması mühüm addımları təxirə salmamaq istəyini gücləndirəcək. Astroloji şərhə görə, Buğalar əvvəlkindən daha riskli qərarlar qəbul etməyə hazır ola bilərlər.

Oxatan

Oxatanlar keçmişdə qalan bəzi məsələləri geridə buraxmağa çalışacaqlar. Əvvəllər təxirə saldıqları işlərə yenidən qayıtmaq və qarşılarına yeni məqsədlər qoymaq üçün motivasiya yarana bilər.

Keçmiş təcrübənin verdiyi dərslər onlar üçün əhəmiyyətini qoruyacaq, lakin bu təcrübənin gələcək qərarlarını müəyyənləşdirməsinə imkan verməyəcəklər. Həmçinin həyatlarında olan müsbət məqamları daha çox görməyə və qiymətləndirməyə başlayacaqları qeyd olunur.

Dolça

Dolçalar bir müddətdir həyatlarında dəyişikliklərin yaxınlaşdığını hiss edə bilərlər. Sentyabrın 18-dən sonra bu hissin daha da güclənəcəyi və onların öz imkanlarına inamının artacağı bildirilir.

Bu dövrdə Dolçalar uzun müddət tərəddüd etdikləri məsələlərdə daha cəsarətli davranmağa meylli ola bilərlər. Qorxu və şübhələrin onları əvvəlki kimi dayandırmayacağı, təşəbbüskarlığın isə yeni imkanların yaranmasına şərait yaradacağı vurğulanır.

Jalə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

Top