Misli Premyer Liqasında VI tura start verilir: "Neftçi" 1000-ci oyununa çıxır

İDMAN 18 sentyabr 2026, 09:05
Misli Premyer Liqasında VI turun oyunlarına bu gün start veriləcək.

Demokrat.az
xəbər verir ki, turun ilk qarşılaşmasında "Qəbələ" doğma meydanda "Neftçi"ni qəbul edəcək.

Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 17:30-da başlayacaq. Bu, "Neftçi"nin Azərbaycan çempionatları tarixində 1000-ci oyunu olacaq.

Günün digər oyununda isə "Qarabağ" "Şəfa" ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 19:45-də start götürəcək.

Misli Premyer Liqası

VI tur

18 sentyabr

17:30. "Qəbələ" - "Neftçi";

19:45. "Qarabağ" - "Şəfa".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

18 sentyabr 2026, 00:23
17 sentyabr 2026, 22:41
Top