Türkiyədə məşhur aktyor, müğənni və idmançıların da adlarının hallandığı genişmiqyaslı əməliyyat keçirilib.
Demokrat.az xəbər verir ki, Bakırköy Respublika Baş Prokurorluğunun başlatdığı araşdırma çərçivəsində 18 şübhəlinin saxlanılması barədə qərar qəbul edilib.
Araşdırma narkotik vasitələrin qanunsuz istifadəsi və istifadəsinə şərait yaradılması ilə bağlı aparılır. Prokurorluğun məlumatına görə, bəzi şəxslərin narkotik vasitələrdən istifadə etməsi, onların istifadəsini asanlaşdırması və ya bu məqsədlə məkan təmin etməsi ilə bağlı şübhələr araşdırılır.
Qərara əsasən, şübhəlilərin yaşadığı ünvanlarda axtarış aparılıb. Həmçinin onlardan bioloji nümunələr götürülərək narkotik vasitələrdən istifadə edib-etmədiklərinin müəyyənləşdirilməsi üçün analizlər aparılacaq.
Jandarmada aparılan prosedurlar başa çatdıqdan sonra şübhəlilərin məhkəmə qarşısına çıxarılmaq üçün Bakırköy Ədliyyəsinə aparılacağı bildirilib.
Əməliyyat çərçivəsində saxlanılan şəxslər arasında Türkiyənin tanınmış simaları da var.
Onların arasında aktyor Aras Bulut İynemli, reper Sefo, aktrisa Melis Sezen, aktrisa Nilperi Şahinkaya, keçmiş futbolçu və məşqçi Hasan Şaş, aktrisa Melis İşiten, aktrisa Hazal Filiz Küçükköse, aktrisa və model Yeliz Yeşilçimen və müğənni Anıl Durmuş yer alır.
Hazırda istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, saxlanılan şəxslər barəsində irəli sürülən şübhələr hələ məhkəmə tərəfindən təsdiqlənməyib. Onların təqsiri yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilə bilər.
Jalə
Demokrat.az