Müğənni Üzeyir Mehdizadə Xalq artisti Alim Qasımovla birlikdə səsləndirdiyi duetə münasibət bildirən tənqidçilərə cavab verib.
Sənətçi bununla bağlı sosial media hesabında videoaçıqlama yayımlayıb. Mehdizadə mahnını bəyənməyən şəxslərdən mənfi şərhlər yazmaq əvəzinə, ifanı dinləməmələrini istəyib.
O, izləyicilərə müraciət edərək bildirib ki, hər hansı mahnı onların zövqünə uyğun deyilsə, həmin paylaşımın qarşısından keçmək daha məqsədəuyğundur:
"İzləmək və dinləmək istəməyənlərdən xahiş edirəm: qarşınıza çıxsa da, üzərindən keçin. Orada videoya və ya səsə şərh bildirərək onu təkrar dinləyirsiniz. Zəhmətimizə və öz zamanınıza dəyər verin. Nə dinləmək, izləmək istəyirsinizsə, ona vaxt ayırın. İcazə verin, dinləmək istəyən rahat dinləsin. Bir-birimizin ayağına dolaşmayaq. Son günlər anladım ki, məsələ mənim mahnılarım yox, uğurlarım imiş". (milli.az)
Demokrat.az