Bakının Nərimanov rayonunda 36 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin may ayının 23-də baş verib. Salyan rayon sakini, 1990-cı il təvəllüdlü Bəhruz həmin gün saat 16:30 radələrində kirayə yaşadıqları evdə olan zaman həyat yoldaşı Zamirə (adlar şərtidir – red.) ilə mübahisə edib.
Ailə münaqişəsi zəminində Bəhruz yumruğu ilə arvadının baş və bədəninin müxtəlif nahiyələrinə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Faktla bağlı Bəhruzun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Bəhruz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində zərərçəkmiş şəxslə barışdığını və ona vurduğu ziyanı tam olaraq ödədiyini söyləyib.
İş üzrə zərərçəkmiş də ifadəsində əri ilə barışdığını təsdiqləyib. Qadın əri ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını deyib.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli