Daha 3 boksçumuz Avropa çempionatının 1/4 finalına yüksəldi

İDMAN 21 sentyabr 2026, 11:39
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında Azərbaycan millisinin daha 3 idmançısı 1/4 finala vəsiqə qazanıb.

Bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib.
 
Sübhan Mamedov (50 kq) 1/8 finalda Emanuel Koça (Albaniya) ilə döyüşüb. Görüş 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27) hesabı ilə dünya çempionumuzun xeyrinə başa çatıb. O, növbəti görüşdə İştvan Szaka (Macarıstan) ilə qarşılaşacaq.

Malik Həsənov (65 kq) da adını 1/4 finala yazdırıb. Avropa çempionatının mükafatçısı ikinci döyüşündə Rumen Rumenovu (Bolqarıstan) mübarizədən kənarlaşdırıb. Boksçu ilk raundda tam üstünlüklə qələbə qazanıb.

Həsənov üçüncü görüşündə Elvin Əliyevlə (Ukrayna) gücünü yoxlayacaq.

Məhəmməd Abdullayev (+90 kq) də yarışa uğurla başlayıb. Dünya Kubokunun sahibi 1/8 finalda Nikolay Burdiujaya (Moldova) qalib gəlib. Abdullayev rəqibini üçüncü raundda tam üstünlüklə məğlub edib. O, 1/4 finalda Omar Şiha (Norveç) ilə qüvvəsini sınayacaq.

Hər 3 görüş sentyabrın 22-də keçiriləcək.

Qeyd edək ki, sentyabrın 25-də yekun vurulacaq yarışda daha öncə 2 boksçumuz adını 1/4 finala yazdırıb.

Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top