"Sabah" Premyer Liqada ardıcıl beşinci qələbəsini qazandı

İDMAN 19 sentyabr 2026, 21:45
"Sabah" Misli Premyer Liqasında ardıcıl beşinci qələbəsini qazanıb.

Komanda VI turda "İmişli"ni məğlub edib. Qarşılaşma 3:1 hesabı ilə başa çatıb.

20-ci dəqiqədə qonaqların qapıçısı Sadiq Məmmədzadə avtoqol müəllifi olub. 35-ci dəqiqədə Umarali Raxmonaliyev fərqi iki topa çatdırıb. 90+5-ci dəqiqədə Kahim Parris "Sabah"ın üçüncü qolunu vurub. "İmişli"nin heyətində isə 90-cı dəqiqədə Ronaldo Souza fərqlənib.

Bu nəticədən sonra ehtiyatda bir oyunu da olan "Sabah" 15 xalla ikinci pillədə qərarlaşıb. "İmişli" isə 4 xalla səkkizinci sıradadır.

Günün ilk görüşündə "Turan Tovuz" "Zirə"ni 1:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, VI tura sentyabrın 20-də yekun vurulacaq. Ötən gün "Neftçi" "Qəbələ"ni 3:0, "Qarabağ" isə "Şəfa"nı 1:0 hesabı ilə məğlub edib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

19 sentyabr 2026, 20:10
19 sentyabr 2026, 19:30
Top