Şahməddin Abdullayevə vəzifə verildi — FOTO

SOSİAL 19 sentyabr 2026, 19:18
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) yeni təyinat olub.

Demokrat.az  İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Şahməddin Abdullayev İRİA-nın Data İdarəetməsi departamentinin direktoru vəzifəsinə təyin edilib.

O, əvvəllər "PAŞA Bank"da müxtəlif vəzifələrdə, o cümlədən data əməliyyatları şöbəsinin rəhbəri, BI və data analitikası istiqamətində rəhbər vəzifələrdə çalışıb.

Xatırladaq ki, daha əvvəl İRİA-da Data İdarəetməsi departamentinin direktoru vəzifəsində 2023-cü ildən cari ilin aprelinə qədər Kamran Ağayev işləyib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

19 sentyabr 2026, 19:30
19 sentyabr 2026, 17:48
Top