Bakıda dörd avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi

SOSİAL 19 sentyabr 2026, 20:30
Bakıda dörd müntəzəm avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Demokrat.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, paytaxtın Binəqədi rayonunun İbrahimpaşa Dadaşov küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

Bu səbəbdən 6, 88, 88A və 202 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ olaraq Şövkət Məmmədova küçəsi ilə təşkil edilir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

19 sentyabr 2026, 20:10
19 sentyabr 2026, 19:30
Top