Azərbaycan Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən piramida sistemləri ilə bağlı maarifləndirici video-material hazırlanıb.
Demokrat.az xəbər verir ki video-materialda piramida sistemlərinin necə işlədiyi, bu cür maliyyə sxemlərinin əsas xüsusiyyətləri və onları hansı əlamətlərə görə tanımağın mümkün olduğu izah edilir.
Qeyd olunur ki, piramida sistemləri qısa müddətdə yüksək və zəmanətli gəlir vədi ilə insanları cəlb edən riskli maliyyə sxemləridir. Belə sistemlərdə gəlir əksər hallarda real iqtisadi fəaliyyət hesabına deyil, yeni iştirakçıların yatırdığı vəsaitlər hesabına formalaşır.
Maarifləndirici materialda həmçinin bu cür təkliflərlə qarşılaşarkən diqqət edilməli məqamlar barədə məlumat verilir.
Vətəndaşlara şübhəli vədlərə deyil, yalnız yoxlanılmış və etibarlı məlumatlara əsaslanmaları tövsiyə olunur.
Demokrat.az