Azərbaycanlı hakim dünya çempionatında

İDMAN 21 sentyabr 2026, 12:32
Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev Bakıda böyüklər arasında keçiriləcək cüdo üzrə dünya çempionatında ədalət təmsilçilərindən biri olacaq.

Bu barədə  Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

N.Umbayev cüdo üzrə dünya çempionatlarında hakimlik edən ilk azərbaycanlı referidir. O, ilk dəfə 2025-ci ildə Macarıstanda keçirilən mundialın hakimlər heyətinə daxil edilib.

Dünya çempionatı oktyabrın 4–11-də Milli Gimnastika Arenasında keçiriləcək.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top