Türkiyənin müdafiə texnologiyaları şirkəti "Skydagger" tərəfindən hazırlanmış TOYCA kamikadze PUA ailəsinin ən yeni üzvü olan TOYCA-10E təqdim edilib.
Demokrat.az xəbər verir ki, sabit qanadlı dizayna və orta əməliyyat mənzilinə malik olan bu platforma elektrik mühərrik sistemi ilə təchiz edilib və katapult sistemi vasitəsilə buraxılır.
Əməliyyat mənzilinin 250 kilometrə qədər olduğu bildirilən TOYCA-10E, döyüş tapşırıqlarını yerinə yetirmək üçün 10 kiloqramlıq döyüş başlığı daşıyır. Həmçinin qeyd olunur ki, platforma siqnal sıxışdırmasına (cəmləməyə) qarşı davamlılıq xüsusiyyətlərinə malikdir; bu da ona yüksək intensivlikli elektron müdaxilə şəraitində belə uçuş tapşırığını davam etdirməyə imkan verir.
Aparat təminatı imkanlarını avtonom proqram təminatı ilə tamamlayan platforma, "Skydagger Flight Planner" vasitəsilə buraxılış, uçuş və hədəfə son dalış mərhələlərini tam avtonom şəkildə həyata keçirmək qabiliyyətinə malikdir.
Demokrat.az