YapiKredi Müraciət Forması
Hadisə

Vaşinqtonda Ağ Evin yaxınlığında silahlı insident: Beş nəfər ölüb

Vaşinqtonda Ağ Evin yaxınlığında silahlı insident: Beş nəfər ölüb

ABŞ-ın paytaxtı Vaşinqtonda, Ağ Evə yaxın ərazidə baş verən atışma faciə ilə nəticələnib. Hadisə zamanı beş nəfər həyatını itirib.

Demokrat.az xəbər verir ki, bu barədə yerli polis açıqlama yayıb.

Məlumata əsasən, atəş açan şəxs hələ də tutulmayıb. Şahidlər hadisə zamanı müxtəlif istiqamətlərdən silah səslərinin eşidildiyini bildiriblər.

Atışmanın baş verdiyi idman zalının ətrafında supermarket, yaşayış binaları və kilsə yerləşir. Təhlükəsizlik məqsədilə yaxınlıqdakı məktəblərdə tədris dayandırılıb.

Hüquq-mühafizə orqanları əhaliyə hadisə yerindən uzaq durmaq və təhlükəli əraziyə yaxınlaşmamaq barədə xəbərdarlıq edib.

Bundan əvvəl NBC News telekanalı şübhəlinin binalardan birində barrikada qurduğunu bildirmişdi.

NE
Nihadə Eyyubova