Xalq artisti Nazpəri Dostəliyeva ona pislik edənlərdən danışıb.
"Qonaqcanlı" verilişində qonaq olan sənətçi həmin şəxslərin kimliyini bildiyi halda onlara heç nə demədiyini söyləyib:
"Mənə pislik edənlər, zəhərləmək istəyənlər çox olub.Mən onların hamısının üstündən keçmişəm. Çünki məni Allah yaradıbsa, o da məni qoruyacaq. Yox, əgər onun yanında günahkaramsa, təkcə mənə verilən zəhərli çayla yox, düz getdiyim yolda da başıma bir iş gələ və ölə bilərəm. O insanların kim olduğunu bilmişəm. Amma onlara heç nə deməmişəm, üzlərinə vurmamışam. Rastlaşanda belə heç nə olmamış kimi davranmışam. Mən bağışlayıram, amma tanıyıram".(axşam.az)


