YapiKredi Müraciət Forması
Region

Türkiyədə helikopter qəzasında 4 nəfə həlak olub

Türkiyədə helikopter qəzasında 4 nəfə həlak olub

Türkiyənin Malatya vilayətində hərbi helikopterin qəzaya uğraması nəticəsində 4 hərbçi həlak olub.

Demokrat.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumata görə, S-70 tipli helikopter Yeşilyurt rayonunun Samanköy ərazisində qəzaya düşüb. Hadisə yerinə dərhal yanğınsöndürənlər, təcili tibbi yardım briqadaları və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları cəlb edilib.
Qəza zamanı ərazidə yaranan kiçikmiqyaslı yanğın qısa müddətdə lokallaşdırılaraq söndürülüb.

Hazırda hüquq-mühafizə orqanları və hərbi qurumların nümayəndələri hadisə yerində araşdırma aparır.

NE
Nihadə Eyyubova