Bakıda gözəllik salonunda qadını dişlədilər — İş məhkəməyə getdi

KRİMİNAL 18 sentyabr 2026, 22:30
Bakının Sabunçu rayonunda gözəllik salonunda dava olub, 27 yaşlı oğlan sevgi münasibətində olduğu qıza xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsində yerləşən gözəllik salonlarından birində baş verib. 

Astara rayon sakini, 1999-cu il təvəllüdlü Əmrah həmin gözəllik salonuna gəlib və orada tanışı Sara (adlar şərtidir – red.) ilə mübahisə edib. 

Bu zaman Saranın onunla kobud danışması səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən əli ilə onun saçından tutub və sağ çiyin nahiyəsindən dişləyərək, ona xəsarətlər yetirib. 

Əmrahın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə izahat verən Əmrah ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxs ilə barışdığını söyləyib. Zərərçəkən də ifadəsində təqsirləndirilən şəxslə barışdığını söyləyib. O, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, iş üzrə icraata xitam verilib. 

Fariz Məlikli

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

18 sentyabr 2026, 22:59
18 sentyabr 2026, 20:38
Top