Rusiya və Ukrayna razılaşmaya yaxındır.
Demokrat.az-ın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bunu "Financial Times"a (FT) telefonla müsahibəsində bildirib.
"Güman edirəm ki, hər iki tərəf "gəlin razılığa gələk" deyəcək mərhələsindədir", - o deyib.
ABŞ Prezidenti həmçinin iki ölkə arasında sülh danışıqlarında irəliləyişlə bağlı nikbinliyini ifadə edib. Lakin FT qeyd edib ki, Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqları aparanları Trampın nikbinliyini bölüşmürlər.
Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar 10-11 noyabrda Əbu-Dabidə keçiriləcək. ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun sözlərinə görə, tərəflər müharibədən sonrakı təhlükəsizlik tədbirləri, gərginliyin azaldılması və humanitar səyləri müzakirə edəcəklər. Bu həftə Amerika danışıqçıları Avropa nümayəndələri ilə görüşəcəklər.


