Türkiyə lirəsi ABŞ dolları qarşısında növbəti dəfə dəyər itirərək tarixi minimum səviyyəyə enib.
Demokrat.az xəbər verir ki, noyabrın 4-də Türkiyənin sərbəst valyuta bazarında dolların məzənnəsi 50 lirəni ötüb. Günə əvvəlki bağlanışla müqayisədə 0,08 faiz bahalaşma ilə başlayan dollar Türkiyə vaxtı ilə saat 09:30-da alış üzrə 50,0175, satış üzrə isə 50,0267 lirəyə çatıb.
Beləliklə, dolların məzənnəsi 50,0223 lirə səviyyəsinə yüksəlib.
İlin əvvəlindən dollar Türkiyə lirəsi qarşısında 16,25 faiz, son bir ildə isə 19,63 faiz bahalaşıb.
Xatırladaq ki, noyabrın 3-də ticarət sessiyası dolların 49,9840 lirə səviyyəsində bağlanması ilə yekunlaşıb.


