Sabirabad rayonunda 25 yaşlı oğlan qısqanclıq zəminində qohumuna xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. 2001-ci il təvəllüdlü Kərəm qısqanclıq zəminində qohumu Vüqar (adlar şərtidir – red.) ilə mübahisə edib.
İstintaq sənədlərinə görə, onların arasında mübahisənin yaranmasına səbəb Vüqarın onların evində arvadı Süsənin yanında dayanması və onunla söhbət etməsi olub.
Kərəm Vüqarın arvadı ilə söhbət etdiyini görən zaman qısqanclıq hissləri yaranıb və onunla mübahisə edib. Bu zaman o, Vüqarı döyərək ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Kərəmin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıb, zərərçəkmiş ona qarşı şikayətini geri götürüb.
Sabirabad Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli