Supermarket işçiləri arasında dava — Bir nəfər bıçaqlandı

KRİMİNAL 21 sentyabr 2026, 09:19
Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.

Demokrat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü Vüqar Bəkirov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Oğuz rayon sakini Novruz Soltanov polis tərəfindən saxlanılıb.

Bildirilir ki, hadisədə iştirak edən şəxslər supermarket əməkdaşıdırlar.

Onların kafedə yeyib-içdikdən sonra mübahisə etdiyi və hadisənin də orada baş verməsi məlum olub.

Araşdırma aparılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top