Günəş fırtınalarının texnologiyaya təsirinin tarixdəki ən erkən nümunələrindən biri ilə bağlı 180 ildən çox davam edən yanlışlıq üzə çıxarılıb. Alimlər arxiv sənədlərini yenidən araşdıraraq İngiltərədə qatarın günəş mənşəli geomaqnit aktivlik səbəbindən gecikdiyi hadisənin tarixinin səhv qeyd olunduğunu müəyyən ediblər.
Demokrat.az xəbər verir ki, söhbət Ekseterdən yola düşməli olan qatarın 16 dəqiqə gecikməsindən gedir. Hadisə zamanı dəmir yolu siqnalizasiyasında istifadə edilən teleqraf sisteminə yüksək elektrik cərəyanının daxil olması xəttin fəaliyyətinə mane olub və qatarın vaxtında hərəkət etməsinə imkan verməyib.
Uzun illər bu hadisənin 18 oktyabr 1841-ci ildə baş verdiyi qəbul edilirdi. Lakin Lankaster Universitetinin professoru Cim Uayldın rəhbərlik etdiyi tədqiqat qrupu tarixi məlumatları ətraflı araşdırarkən ciddi uyğunsuzluqla qarşılaşıb. Məlum olub ki, hadisənin baş verdiyi göstərilən dəmir yolu xətti 1841-ci ildə hələ istifadəyə verilməyibmiş. Xətt yalnız 1846-cı ildə fəaliyyətə başlayıb.
Bundan sonra alimlər köhnə dəmir yolu cədvəllərini, qəzet arxivlərini, qütb işıqları ilə bağlı müşahidələri və tarixi geomaqnit məlumatları müqayisə ediblər. Araşdırmanın nəticəsinə görə, qatarın gecikməsi əslində 18 oktyabr 1848-ci ildə baş verib.
Bu düzəliş isə hadisənin tarixdəki statusuna da təsir edib. Əvvəllər Ekseter hadisəsi günəş fırtınasının elektrik texnologiyasına səbəb olduğu ilk məlum nasazlıq kimi təqdim edilirdi. Yeni məlumatlara əsasən isə bu xüsusiyyət 1847-ci ilin martında İngiltərədə Midland dəmir yolu şəbəkəsində baş vermiş başqa bir hadisəyə aid edilir.
Bununla belə, Ekseter hadisəsi öz əhəmiyyətini itirmir. Hadisə günəşdən gələn güclü geomaqnit aktivliyin hələ XIX əsrdə teleqraf və dəmir yolu kimi texnologiyalara təsir göstərə bildiyini nümayiş etdirir.
Günəş fırtınalarının yaratdığı risklər sonrakı illərdə də müşahidə olunub. Məsələn, 1859-cu ildə baş verən məşhur Karrinqton hadisəsi zamanı teleqraf sistemlərində ciddi nasazlıqlar yaranıb, bəzi xətlərdə qığılcımlar müşahidə edilib və operatorlar elektrik zərbələri alıblar.
Alimlər bildirirlər ki, müasir dövrdə elektrik şəbəkələri, rabitə və digər texnoloji sistemlərin bir-birindən daha çox asılı olması güclü günəş fırtınalarının mümkün nəticələrini daha əhəmiyyətli edir. Buna görə də XIX əsrə aid bu cür hadisələrin öyrənilməsi kosmik hava şəraitinin müasir infrastruktura yarada biləcəyi riskləri anlamaq baxımından da əhəmiyyət daşıyır.
Jalə
Demokrat.az