Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda fermada dava olub, 49 yaşlı kişi dostuna xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1977-ci il təvəllüdlü Bəhram çoban işlədiyi fermanın ərazisində dostu Mübariz (adlar şərtidir – red.) ilə mübahisə edib.
İstintaq sənədlərinə görə, zərərçəkmiş Mübariz spirtli içki qəbul etmək və ot bitkiləri toplamaq üçün dostu Bəhramın çoban işlədiyi Xəliləyə məxsus fermaya gəlib. Fermanın kənarında olan otaqda Bəhram ilə birlikdə spirtli içki qəbul edib.
Daha sonra Mübariz sərxoş olduğu üçün özünü idarə edə bilməyib və əlini Bəhramın həyat yoldaşı Sevdanın çiyin nahiyəsinə qoyub. Bəhram isə zərərçəkmiş şəxsin bu hərəkətinə əsəbiləşdiyi üçün qəsdən yumruğu ilə Mübarizin burun və üz nahiyəsinə vuraraq ona xəsarətlər yetirib.
İş üzrə izahat verən Bəhram ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Mübariz ona zəng vuraraq “çaşır” bitkisi yığmaq üçün kəndə gəlmək istədiyini bildirib: “Mən isə üç gün bekar olduğumu, otağın birinin boş olduğunu, orada qalmasını, sonrakı gün onunla dağa gedərək bitki yığmağı dedim. Mübariz pivə içərək bizə içkili vəziyyətdə gəldi. Əlavə olaraq da araq gətirdi. Araq içdikdən sonra Mübariz arvadımın üstünə getdi. Mən birinci dəfə onu yerinə oturtdum. Sonrakı dəfə yenidən həmin hərəkətləri etdikdə isə özümü saxlaya bilmədim və bir dəfə yumruqla vurdum. Yumruq onun burnuna dəydi və burnu qanadı. Mübarizin üzünün qanını sildikdən sonra arvadım zəng vuraraq ferma sahibini çağırdı. Ferma sahibi gəldiyi zaman Mübarizin üzünün qanını silmişdik. Sonra ferma sahibinin avtomobili ilə Mübarizi evlərinə apardıq”.
Təqsirləndirilən şəxs deyib ki, Mübariz evə getdikdən sonra onun oğlu Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng vurub, şikayət edib:
“Qanunları bilmədiyim üçün bu əməli törətmişəm. Bağışlanmağımı xahiş edirəm. Mübarizin qohumları mənə onunla araq içməməyi deyirdilər. Zərərçəkmiş şəxs araq içəndə öz hərəkətlərini bilmir və evdə mübahisə yaradır”.
Təqsirləndirilən şəxs deyib ki, Mübariz onların qaldıqları fermada qalacaqdı:
“Biz fermada qardaşımgilin otağında yeyib-içdik. Qardaşımgil həmin zaman getmişdilər. Yoldaşım ilə mən konteynerdə qalırdıq. Mübariz isə yeyib-içdikləri həmin otaqda qalacaqdı. Mübariz həmin gün axşam qaranlıq düşəndə gəldi. Yoldaşım bəzən darıxdığı zamanlarda mənimlə çölə gedir. Yoldaşım Mübarizin gəldiyi gün fermada olub. Mən sürünü otarmaqdan gəldikdən sonra Mübariz gəlmişdi. Mübariz gələndən sonra yoldaşım bizə süfrə açdı. Mübariz bir litrlik araq gətirdi. Arağın yarısını içdikdən sonra hadisə baş verdi. Yoldaşım yeməyə başladığımız vaxtdan hadisə olan vaxta qədər yanımda oldu. Amma yoldaşım spirtli içki qəbul etmədi və yemək yemədi. Yoldaşım getmək istəsə də, gecə vaxtı konteynerdə tək qalmağını istəmədiyim üçün yanımda oturmasını söylədim. Əvvəllər Mübarizlə yeyib-içərkən yoldaşımın yanımızda oturması halı olmayıb. Yoldaşım kənarda yatağın üstündə oturub. Biz isə digər tərəfdə stolda oturmuşuq. Yoldaşımın üzü mənə tərəf olub. Mübariz heç nə demədən yoldaşıma əl atdı. Təxminən bir saat olardı ki, oturmuşduq. İlk dəfə əl atdığı zaman arvadım kənara çəkildi. Mən isə Mübarizi yerinə oturtdum. Mübariz sakitləşdikdən sonra başqa dostu ona zəng vurdu. Mübariz onu söyməyə başladı, telefonu bağladığı zaman yerindən qalxaraq yenidən eyni hərəkəti edəndə, bir dəfə yumruqla onun burnundan vurdum”.
Şahbuz Rayon Məhkəməsinin hökmü ilə Bəhram 1300 manat miqdarında cərimə olunub.
Fariz Məlikli